BANM-in rektoru Yay Məktəblərinin pulsuz olmasını təklif edib

BANM-in rektoru Yay Məktəblərinin pulsuz olmasını təklif edib Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ali təhsil müəssisələri tərəfindən kəsiri olan tələbələr üçün ödənişli əsaslarla təşkil edilən Yay Məktəblərinin bu il universitetlərin hesabına pulsuz olması təklifini irəli sürüb.
Elm və təhsil
27 Aprel , 2020 11:28
BANM-in rektoru Yay Məktəblərinin pulsuz olmasını təklif edib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ali təhsil müəssisələri tərəfindən kəsiri olan tələbələr üçün ödənişli əsaslarla təşkil edilən Yay Məktəblərinin bu il universitetlərin hesabına pulsuz olması təklifini irəli sürüb. 

BANM-dən "Report"a verilən məlumata görə, E.Qasımov bu təkliflə Təhsil naziri Ceyhun Bayramovun ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə keçirdiyi video-konfransda çıxış edib.

O bu təklifi pandemiya dövründə tədrisdə yaranan risklərin minimallaşdırması və qlobal virusdan təsirlənən tələbə ailələrinə dəstəyin göstərilməsi istiqamətində tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib.

Təklif konfrans iştirakçıları tərəfindən bəyənilib.

Son xəbərlər

Orphus sistemi