BANM-ın prorektoru “Tərəqqi” medalı ilə təltif edilib

BANM-ın prorektoru “Tərəqqi” medalı ilə təltif edilib
Elm və təhsil
1135
5 Fevral , 2018 15:43
BANM-ın prorektoru “Tərəqqi” medalı ilə təltif edilib
BANM

Bakı. 5 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) İnzibati-təsərrüfat işləri üzrə prorektoru Oktay Rzayev Prezident İlham Əliyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edilməsi haqqında sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Ali Məktəbdən "Report"a verilən məlumata görə, yer elmləri üzrə fəlsəfə doktoru Oktay Rzayev Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətləri nəzərə alınaraq mükafatlandırılıb.

Qeyd edək ki, O.Rzayev 2012-ci ildən Bakı Ali Neft Məktəbində İnzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışır, eyni zamanda BANM-ın Həmkarlar İttifaqı Komitəsinin sədridir. O daha öncə Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən iki dəfə Fəxri fərmanla təltif olunub.