BANM-in 2 komandası “CanSat” müsabiqəsinin əsas mərhələsinə vəsiqə qazanıb

BANM-in 2 komandası “CanSat” müsabiqəsinin əsas mərhələsinə vəsiqə qazanıb Bakı Ali Neft Məktəbinin 2 komandası “CanSat Azərbaycan 2020” tələbə model peyk müsabiqəsinin “Reallaşdırma” mərhələsinə vəsiqə qazanıb.
Elm və təhsil
4 May , 2020 10:06
BANM-in 2 komandası “CanSat” müsabiqəsinin əsas mərhələsinə vəsiqə qazanıb

Bakı Ali Neft Məktəbinin 2 komandası “CanSat Azərbaycan 2020” tələbə model peyk müsabiqəsinin “Reallaşdırma” mərhələsinə vəsiqə qazanıb.

Ali Məktəbdən "Report"a verilən məlumata görə, əsas mərhələyə vəsiqə qazanan 6 təhsil müəssisəsini təmsil edən 10 komandadan məhz ikisi təhsil ocağının komandası olub.

Bunlar Ali Məktəbin tələbələrindən ibarət “Undefined Five Objects” və “Canis Majoris” komandalarıdır.

"Azərkosmos" və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “CanSat Azərbaycan 2020” model peyk müsabiqəsinin “Layihələndirmə” mərhələsində ümumilikdə 9 təhsil müəssisəsindən 15 komanda iştirak edib.

Komandalar tərəfindən təqdimatlar “Zoom” onlayn platforması üzərindən nümayiş olunub.

Komandaların sənədlərinin və təqdimatlarının qiymətləndirilməsi müsabiqənin "Qiymətləndirmə meyarları" əsasında “CanSat Azərbaycan” layihəsinin ekspertləri tərəfindən aparılıb.

Son xəbərlər

Orphus sistemi