Bakı Ali Neft Məktəbindən "Report"a verilən məlumata görə, əməkdaşlıq memorandumu çərçivəsində neft-qaz sahəsində çalışan tələbələrin magistr proqramı üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi tədbirlərinin keçirilməsi, elm, texnologiya və təhsil sahələrində birgə layihələrin icrası nəzərdə tutulur.
Qaliblərin elan olunması tədbirində Heydər Əliyev Fondunun, “TechnipFMC” şirkətinin, BANM-in, İtaliya səfirliyinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və digər təşkilatların nümayəndələri iştirak ediblər.
Təbirdə çıxışı zamanı Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov təlim proqramının məqsədi barədə danışaraq bildirib ki, bu proqram ölkənin təhsil, ətraf mühit və texnoloji sektorun inkişafına töhfə verilməsi, texnologiya və sənaye innovasiyalarının azərbaycanlı tələbələrə və peşəkarlara ötürülməsi, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mühüm layihələrdəndir.
3 mərhələdən ibarət layihənin ilkin mərhələsində Azərbaycandan seçilmiş 50 tələbə kurslarda iştirak edib, onlardan da 25 nəfəri BANM-in Neft-qaz və Kimya mühəndisliyi ixtisasında təhsil alan 4-cü kurs tələbələri olub. Birinci mərhələdə 5 modul üzrə 6 həftə ərzində təlimlər keçirilib. Təlimlərin sonunda magistr proqramına 15 tələbə namizəd seçilib. Həmin tələbələrdən 11 nəfər BANM-in, qalan 4 nəfər isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələridirlər. Tələbələr Fransa, İtaliya və Norveçdə 2 ay ərzində ixtisasartırma kurslarında iştirak edəcəklər.
BANM-in rektoru Elmar Qasımov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Rektor gənclərə, eləcə də, Ali Məktəbin tələbələrinə göstərdiyi etimada görə Heydər Əliyev Fondunun və “Technip FMC” şirkətinin rəhbərliyinə təşəkkürünü bildirib. O, bu cür layihələrin gənclərin bilik və bacarıqlarının daha da artırılması baxımıdan böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. E.Qasımov ixtisasartırma kurslarında iştirak edəcək tələbələrə təcrübə keçəcəkləri ölkələrdə Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə edib.
Daha sonra, “TechnipFMC” şirkətinin nümayəndəsi, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari çıxış edərək magistr proqramının əhəmiyyətini qeyd ediblər. Onlar seçilmiş namizədlərin yüksək potensiallı tələbələr olduğunu vurğulayıblar.
Bakı Ali Neft Məktəbinin Magistr Proqramında iştirak üçün seçilən tələbələri qalib layihələrini iştirakçılar qarşısında təqdim ediblər. “Ekologiyanın mühafizəsi”nə yönələn layihə çərçivəsində bioplastik məhsulun hazırlanması nəzərdə tutulub.
Sonda proqramın müvafiq mərhələsini uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.