Bakı Ali Neft Məktəbində “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib.
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirdə İtaliya, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İsveçrə, Belçika, Rumıniya, Qazaxıstan kimi ölkələrdən 50-dən çox nümayəndə iştirak edib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Əsrin müqaviləsi”nin məqsədi, neft strategiyasının uğurları və perspektivləri barədə iştirakçılara ətraflı məlumat verib.
Rektor müstəqil Azərbaycanı müasir, güclü, dayanıqlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün wmummilli lider
BP-nin Xarici Əlaqələr Departamentinin rəhbəri Günəş Əliyeva tədbirdə təqdimatla çıxış edərək şirkətin həyata keçirdiyi işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. O bildirib ki, ölkədə vəziyyətin stabil olmadığı bir dövrdə BP Azərbaycana investisiya yatıran şirkətlərdən biri olub: "Birgə müqavilənin yenilənməsi ilə şirkət Azərbaycanda 2050-ci ilədək fəaliyyətini davam etdirəcək. BP 1992-ci ildə kiçik bir qrupla yerli neft sənayesinə qədəm qoyub. Ötən müddətdə təmsil etdiyim şirkət üçün insan kapitalı və müasir texnologiyaların tətbiqi uğurun iki vacib açarı olub. BP, sadəcə, neft-qaz ixracı üçün fəaliyyət göstərmir, sosial fəaliyyətlər, insan bacarıqlarının inkişafı, ətraf mühitə qayğı da fəaliyyətin əsasını təşkil edir”.
İtaliyanın “Maire Tecnimont Qrup” şirkətinin eksperti Eduardo Faççi çıxış edərək bildirib ki, “Əsrin müqaviləsi” böyük tarixi nailiyyətdir. O, bu müqavilənin bir sıra strateji əhəmiyyətli qlobal layihələrin həyata keçirilməsinə rəvac verdiyini qeyd edib.
İspaniyanın enerji sektoru üzrə aparıcı özəl şirkət olan “DISA Renovables”in proqram rəhbəri Alfredo Ramirez Diaz “Əsrin müqaviləsi”nin reallaşdırılması zamanı geosiyasi, iqtisadi üstünlüklərlə yanaşı, ətraf mühitə qayğının da düşünülməsini təqdirəlayiq hal kimi qiymətləndirib.
Digər beynəlxalq ekspertlər çıxışlarında uzun illər Avropanın bir çox ölkələrində fəaliyyət göstərdiklərini qeyd edərək belə uzun müddət üçün nəzərdə tutulmuş perspektivli layihələrlə rastlaşmadıqlarını vurğulayıblar.
Konfrans xarici qonaqların sual-cavabı ilə öz işini yekunlaşdırıb.