Bakı. 9 iyul. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) keçirilən Məzun günündə xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” instrumental” ansambl Şotland musiqisinin ifaçısı İnnes Moirlə birlikdə Azərbaycan milli və klassik musiqisilə şotland etnik musiqisini sintez edib.
İfa BANM-ın Məzun günündə möhtəşəm abu-hava yaradaraq məzunların və qonaqların böyük marağına səbəb olub.