Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışı olub

Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışı olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib.
Elm və təhsil
29 İyul , 2020 15:04
Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib.

"Report" xəbər verir ki, dövlət başçısına binada yaradılan şərait barədə məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin 2017-ci il 5 avqust tarixli Sərəncamına əsasən tikilən Balakən Uşaq İncəsənət Məktəbi üçmərtəbəli binadan ibarətdir və 320 şagird yerlikdir. Sahəsi 3232 kvadratmetr olan məktəbdə 45 sinif otağından əlavə musiqi alətlərinin saxlanması və xoreoqrafiya zalı, heykəltaraşlıq və rəssamlıq emalatxanaları, səsyazma studiyası, kitabxana yaradılıb. Məktəbin 177 nəfərlik akt zalında tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Uşaq İncəsənət Məktəbində hazırda 288 şagird təhsil alır və 64 müəllim çalışır.

Son xəbərlər

Orphus sistemi