Bakıda yerləşən bəzi universitetlərin Sumqayıta köçürülməsi təklif olunub.
"Report" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Emin Hacıyev çıxış edib.
"Bəzi universitetlər paytaxtdan kənara, məsələn, Sumqayıta köçürülə bilər. Bununla da gənclər şəhərini təhsil mərkəzinə çevirmək olar", - deputat əlavə edib.