Təhsil İdarəsi: Bakıdakı məktəblərdə ilk dərslər 20 Yanvara həsr ediləcək

Təhsil İdarəsi: Bakıdakı məktəblərdə ilk dərslər 20 Yanvara həsr ediləcək Şagird və müəllim kollektivlərinin Şəhidlər xiyabanına ziyarəti də təşkil olunur
Elm və təhsil
548
17 Yanvar , 2017 12:34
Təhsil İdarəsi: Bakıdakı məktəblərdə ilk dərslər 20 Yanvara həsr ediləcək

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində yanvarın 19-da ilk dərslər 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr ediləcək.

İdarədən “Report”a verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənən “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na əsasən tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması məqsədlərinə xidmət edir.

Dərslərdə ilk olaraq Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban vermiş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Dərsləri tədris edən müəllimlər Sovet imperiyasının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklərdən və bu hadisələrin insanlığa qarşı yönəlmiş ən ağır cinayət olmasından söz açacaqlar. Eləcə də 20 Yanvar hadisələrinin acı nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən söhbət açılacaq, məktəblilər xalqımızın şərəf salnaməsi olan bu şanlı tarixi unutmamağa səslənəcək.

Həmçinin, 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ərəfəsində paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Şəhidlər xiyabanına ziyarəti də təşkil olunur.

Son xəbərlər

Orphus sistemi