Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək Bakı. 30 mart. REPORT.AZ/ KÜNİB (Qafqaz Universitetləri Birliyi) Bakıda təhsil sərgisi keçirəcək.
Elm və təhsil
30 Mart , 2018 17:11
Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək
Report

Bakı. 30 mart. REPORT.AZ/ KÜNİB (Qafqaz Universitetləri Birliyi) Bakıda təhsil sərgisi keçirəcək.

"Report" xəbər verir ki, mart 31-də - aprelin 1-də "Pullman Baku Hotel"də (köhnə "Kempinski Hotel Badamdar") təşkil olunacaq sərgidə Türkiyə və Azərbaycanın nüfuzlu universitetləri iştirak edəcəklər.

Tədbirdə Türkiyədə bakalavr, magistratura və doktorantura təhsili almaq imkanları barədə geniş məlumat almaq, qardaş ölkənin aparıcı ali təhsil müəssisələrinin rektorları ilə görüş imkanı olacaq.

Qeyd edək ki, KÜNİB-ə dünyanın 14 ölkəsindən 160-a yaxın universitet üzvdür. 

Son xəbərlər

Orphus sistemi