Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək

Elm və təhsil
  • 21 may, 2025
  • 10:21
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə 24-25 sentyabr 2025-ci il tarixlərində Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək. 

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Transmilli tədqiqat: Bilikdən qlobal təsirə doğru” mövzusunda təşkil olunacaq sammitdə müvafiq sahə üzrə qlobal miqyasda tanınmış 50-dən artıq spikerin, 150-ə yaxın qurumu təmsil edən 350-dən çox iştirakçının təmsil olunması gözlənilir.

Sammitdə aşağıda qeyd olunan istiqamətlər üzrə müzakirələr aparılacaq:
•    Qlobal tədqiqatın təsiri: Avrasiya regionunun güclü tərəflərindən faydalanma
•    Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda ali təhsilin rolu
•    Qitələri əlaqələndirmək: Əməkdaşlıq və innovasiya imkanları

Son xəbərlər

Bütün Xəbər Lenti