Bakıda keçiriləcək "Nə? Harada? Nə vaxt?" çempionatında rekord sayda iştirakçı olacaq

Bakıda keçiriləcək "Nə? Harada? Nə vaxt?" çempionatında rekord sayda iştirakçı olacaq Sentyabrın 7-8-də Bakıda “Nə? Harada? Nə vaxt?” oyununun XVII dünya çempionatı keçiriləcək.
Elm və təhsil
6 Sentyabr , 2019 18:25
Bakıda keçiriləcək Nə? Harada? Nə vaxt? çempionatında rekord sayda iştirakçı olacaq

Sentyabrın 7-8-də Bakıda “Nə? Harada? Nə vaxt?” oyununun XVII dünya çempionatı keçiriləcək.

“Report” Azərbaycan İntellektual Klubları Assosiasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə 29 ölkədən 75 komanda iştirak edəcək ki, bu da rekord göstəricidir.

İştirakçıları arasında “Nə? Harada? Nə vaxt?” televiziya klublarının ulduzları da olan yarışda Azərbaycan 11 komanda ilə təmsil olunacaq.

Gənclər və İdman Nazirliyinin maliyyə və təşkilati dəstək göstərdiyi tədbirin təşkilatçısı "İqra TV" teleşirkətinin lisenziyası əsasında Azərbaycan İntellektual Klublar Assosiasiyasıdır.

Qeyd edək ki, Azərbaycan İntellektual Klubları Assosiasiyası və “İçərişəhər” intellektual oyunlar klubunun müraciəti əsasında “Nə? Harada? Nə zaman?” Beynəlxalq Klublar Assosiasiyasının idarə heyəti 2018-ci ilin 20 oktyabr tarixində 2019-cu ilin dünya çempionatını Bakı şəhərində keçirmək barədə qərar verib.

“Beləliklə, “Nə? Harada? Nə vaxt?” oyununun dünya çempionatı 15 il fasilədən sonra Azərbaycana qayıdır. Azərbaycanda intellektual oyunların inkişafına ölkə rəhbərliyi daim xüsusi diqqət yetirib. Məhz cənab Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə “Nə? Harada? Nə vaxt?” oyununun ilk üç dünya çempionatı 2002-ci, 2003-cü, 2004-cü illərdə Bakıda keçirilmişdi”, - Assosiasiyanın Mətbuat xidmətinin məlumatında qeyd olunub.

Son xəbərlər

Orphus sistemi