Bakıda “Bayraq yürüşü” keçiriləcək

Bakıda “Bayraq yürüşü” keçiriləcək Tədbirin təşkilatçısı Təhsil Nazirliyidir
Elm və təhsil
5 Noyabr , 2014 11:03

Bakı. 5 noyabr. REPORT.AZ/ Təhsil Nazirliyi Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirəcək.

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, yürüş noyabrın 8-də saat 14:00-da başlayacaq.

Yürüşdə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ümumtəhsil məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri, ali məktəblərin SABAH qruplarının və “Gələcəyin müəllimi təqaüdü” alan tələbələri iştirak edəcək.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir.

“Bayraq yürüşü” marşrutunun Milli Parkda yerləşən Paraşüt qülləsindən başlayaraq Dövlət Bayrağı Meydanınadək olması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi