Bakıda 30-a yaxın məktəbin direktoru dəyişdirilib

Bakıda 30-a yaxın məktəbin direktoru dəyişdirilib "Bundan sonra da məktəblərin idarə olunması məsələsi diqqət mərkəzində olacaq"
Elm və təhsil
253
6 Oktyabr , 2017 12:13
Bakıda 30-a yaxın məktəbin direktoru dəyişdirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva / Report

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Yeni tədris ilində Bakıda 30-a yaxın məktəbə direktor təyin olunub".

"Report" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, həmin məktəblərin rəhbərləri ilə ya yaş həddinə çatması səbəbindən əmək müqavilələri ləğv olunub, yaxud da fəaliyyətlərində müəyyən nöqsanlara yol verərək qanunvericiliyin tələblərini pozublar.

"Bundan sonra da məktəblərin idarə olunması məsələsi Təhsil İdarəsinin diqqət mərkəzində olacaq. Çünki böyük kollektivin fəaliyyəti məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratmasından və onu səmərəli idarə etməsindən asılıdır", - M.Vəliyeva əlavə edib.

Son xəbərlər

Orphus sistemi