Bakıda 20 məktəb direktoru işdən çıxarılıb

Bakıda 20 məktəb direktoru işdən çıxarılıb 2020-2021-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib, 21 direktorun iş yeri dəyişdirilib.
Elm və təhsil
21 İyun , 2021 12:41
Bakıda 20 məktəb direktoru işdən çıxarılıb
0 : 00
0 : 00

2020-2021-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib, 21 direktorun iş yeri dəyişdirilib.

"Report" xəbər verir ki, 118 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş həddinə çatmış 36 direktorla müqavilənin müddəti 2020-2021-ci tədris ili çərçivəsində uzadılıb. 20 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib, 1 ümumi təhsil məktəbinin (304) fəaliyyəti dayandırılıb, 1 ümumi təhsil məktəbinin (152) fəaliyyəti bərpa edilib.

Son xəbərlər

Orphus sistemi