Bakı. 26 fevral. REPORT.AZ/ Bu gün Bakı Slavyan Universiteti və Almaniyanın Auqsburq Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanması ilə bağlı tədbir keçirilib.
BSU-dan "Report"a verilən məlumata görə, mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Asif Hacıyev müqavilənin mahiyəti və universitetdə yeni fəaliyyətə başlamış Germanşünaslıq İnstitutu barədə danışıb. Rektor BSU-da alman filologiyası üzrə kadr hazırlığı, universitetdə yeni açılan Multikulturalizm kafedrası, habelə Almaniyada, o cümlədən Azərbaycanda keçirilən elmi seminarlar haqqında məlumat verib.
BSU-nun fəxri professoru Zieglinde Hartmann öz çıxışında uzun illərdən bəri əməkdaşlıq etdiyi Bakı Slavyan Universiteti barədə xoş təəssüratlarını mərasim iştirakçıları ilə bölüşüb. Xanım Hartmann Azərbaycana ezam olunduğu üçün Alman Akademik Mübadilə Xidmətinə (DAAD) dərin minnətdarlığını bildirərək deyib: ”Almaniya ilə Azərbaycan arasında elm sahəsindəki əlaqələr gündən-günə möhkəmlənir. Düşünürəm ki, elmin yüksək səviyyədə inkişafı məhz qloballaşmadadır
Tədbirdə Almaniyanın Azərbaycandakı səfirinin birinci müavini və mədəniyyət işləri üzrə attaşesi cənab Volfqanq Mössinger, Auqsburq Universitetinin professoru Klaus Volf Almaniya və Azərbaycanın siyasi, iqtisadi, mədəni əlaqələrindən danışıblar. Qonaqlar Bakı və Auqsburq şəhərlərini tarixi, həmçinin elmi aspektdən müqayisə edərək, hər iki şəhərin təhsil sahəsində inkişafını yüksək qiymətləndiriblə
AMEA-nın həqiqi üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev BSU-nun Almaniya ilə yeddi il ərzində davam etdirdiyi əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Dövlət müşaviri çıxışında “Nibelunqlar nəğməsi” və “Kitabi-Dədə Qorqud” dastanın müştərək tədqiqi ilə bağlı danışıb, alman xalqı ilə Azərbaycan xalqının multikulturalizm
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri, professor Azad Məmmədov xarici universitetlərdə multikulturalizm
Qeyd edək ki, BSU-nun fəxri professoru Zieglinde Hartmann rektor müşaviri vəzifəsinə təyin edilib.
