Bakı. 7 oktyabr. REPORT.AZ/ Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası 2015-ci il üçün fəlsəfə və elmlər doktoru üzrə doktorantura və dissertanturaya qəbul elan edib. "Report" xəbər verir ki, akademiyada fəlsəfə doktoru proqramı üzrə 6, dissertantların təhkimolunma plan üzrə isə 5 yer ayrılıb.
Elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya ikisi birlikdə 5 plan yeri ayrılıb. Elmlər doktoru proqramı üzrə elan edilən plan yerlərinin hamısı dövlət hesabına olacaq.