Bakı məktəbləri üzrə 700 bal toplayan abituriyentlərin adları açıqlanıb

Bakı məktəbləri üzrə 700 bal toplayan abituriyentlərin adları açıqlanıb Bakı. 20 iyul. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə - 700 bal toplamış şagirdlərinin adlarını açıqlayıb.
Elm və təhsil
122
20 İyul , 2018 20:03
Bakı məktəbləri üzrə 700 bal toplayan abituriyentlərin adları açıqlanıb

Bakı. 20 iyul. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə - 700 bal toplamış şagirdlərinin adlarını açıqlayıb.

İdarədən "Report"a verilən məlumata görə, bunlar I ixtisas qrupu üzrə 297 nömrəli tam orta məktəbin şagirdi Anar Abıyev, 109 nömrəli tam orta məktəbin şagirdi Azər Zeynallı, 169 nömrəli tam orta məktəbin şagirdi Aslan Aşirov, 58 nömrəli tam orta məktəbin şagirdi Sona Mehdizadədir.

IV ixtisas qrupu üzrə isə 29 nömrəli tam orta məktəbin şagirdi Nərmin Balakişiyeva və 192 nömrəli tam orta məktəbin şagirdi Anar Kərimxanov ən yüksək nəticə göstəriblər.

Son xəbərlər

Orphus sistemi