Üç il öncə yaradılmasına baxmayaraq artıq Azərbaycanın ali məktəblərinin reytinq cədvəlində ən yüksək yerdə duran Bakı Ali Neft Məktəbində olduğundan məmnunluq bildirən Şlümberji şirkətinin Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Vilyam Qreys şirkətin dünyanın 85 ölkəsində fəaliyyət göstərdiyini və hazırda dünyanın neft və qaz yataqları üzrə xidmət göstərən ən irimiqyaslı şirkəti olduğunu bildirib, əsasən qazma və hasilat problemlərinin həllində iri şirkətlərlə əməkdaşlıq etdiyini diqqətə çatdırıb və şirkətin kadr siyasəti haqqında məlumat verib. İnsan resursları Şlümberje şirkəti üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən Vilyam Qreys bu baxımdan ixtisaslı kadrlar onlar üçün qabaqcıl hədəf olduğunu bildirib və Azərbaycan Respublikasının neft-qaz sektoru üçün beynəlxalq səviyyəli mühəndislərin hazırlanması prosesinin bir hissəsi olmağa hazır olduğlarını qeyd edib.
Tədbir çərçivəsində Şlümberji şirkətinin Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Vilyam Qreys şirkətin 3 başlıca istiqaməti (Layın xarakteristikası ,Qazma, İstehsal) əhatə edən fəaliyyəti haqqında təqdimatla çıxış edib.
Tədbirin sonunda Elmar Qasımov və Vilyam Qreys Bakı Ali Neft Məktəbi ilə Şlümberji şirkəti əməkdaşlıq haqqında razılaşmanı imzalayıblar.
Razılaşmanın məqsədi BANM-də yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsidir. Həmçinin, sənəddə BANM-in əlaçı tələbələrinin şirkətin müəssisələrində təcrübə keçməsi, fərqlənən tələbələrinə şirkətin mükafatlarının verilməsi, BANM-in kampusunda ixtisaslaşdırılmış tədris laboratoriyasının yaradılması, şirkətin mütəxəssislərinin BANM-də müəllim qismində fənlərin tədrisinə cəlb olunması, BANM-in istedadlı tələbələrinə təqaüdlərin verilməsi və məzunları üçün karyera imkanlarının yaradılması, 2-ci və 3-cü kurs tələbələri üçün yay təcrübəsinin,kursların təşkili, şirkət tərəfindən BANM-də yaradılmış və orta məktəblərdə fəaliyyət göstərən “Gənc mühəndislər klubunun və dərnəklər”in işinə maddi yardım göstərilməsi müddəaları öz əksini tapıb.