Bakı Ali Neft Məktəbində TEDxBHOS keçiriləcək

Bakı Ali Neft Məktəbində TEDxBHOS keçiriləcək Bakı. 16 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) “Yayılmağa Dəyər Fikirlər” missiyasının ruhunda yaradılmış məşhur TED layihəsinin TEDxBHOS konfransı həyata keçiriləcək.
Elm və təhsil
16 May , 2018 10:15
Bakı Ali Neft Məktəbində TEDxBHOS keçiriləcək
0 : 00
0 : 00

Bakı. 16 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) “Yayılmağa Dəyər Fikirlər” missiyasının ruhunda yaradılmış məşhur TED layihəsinin TEDxBHOS konfransı həyata keçiriləcək. 

Bu barədə "Report"a BANM-dən məlumat verilib.

“Alternativ” mövzusu ilə baş tutacaq konfrans bu il mayın 26-da BANM-ın kampusunda keçiriləcək. Konfransa ölkənin müxtəlif sahələrində uğur qazanmış 9 mütəxəssisi öz maraqlı çıxışları ilə qatılacaqlar.

Qeyd edək ki, ildə iki dəfə keçirilən TED hər il dünyanın müxtəlif ölkələrindən, müxtəlif sahələrin insanlarını qlobal konfransda maksimum 18 dəqiqəlik çıxışlara dəvət edir və önəmli, gələcək üçün paylaşılmağa dəyər ideyaları onların vasitəsilə dünyaya çatdırır. BANM-da keçiriləcək TEDxBHOS konfransı da digəriləri kimi qeyri-kommersiya təşkilatı olan TED`in lisenziyası əsasında baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi