“Azərbaycan Universitetləri” sosial şəbəkə səhifəsində keçirilmiş “Azərbaycan Universitetləri arasında karyera imkanlarına görə qabaqcıl universitetlər hansıdır?” sosial tələbə sorğusunun nəticələrinə görə, Bakı Ali Neft Məktəbi (BANM) ilk sırada yer alıb.
Bu barədə "Report"a Ali Məktəbdən məlumat verilib.
Tələbələrin fikrincə karyera imkanlarına görə BANM digər universitetləri böyük fərqlə qabaqlayır.
Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikasının Prezidenti
Artıq üçüncü ildir ki, Bakı Ali Neft Məktəbi məzun buraxılışı həyata keçirir.
Ötən tədris illərində olduğu kimi, 2018/2019-cu tədris ilində də bütün məzunların hamısı işlə təmin olunub.
5 il ərzində Bakı Ali Neft Məktəbində yüksək səviyyədə təhsilə, bilik və bacarığa yiyələnən tələbələr Azərbaycanın və dünyanın aparıcı şirkətlərində, ali təhsil müəssisələrində işlə təmin olunur, nüfuzlu beynəlxalq universitetlərdə təhsillərini davam etdirirlər.
Bakı Ali Neft Məktəbinin məzunlarının uğurları bir daha sübut edir ki, bilikli və bacarıqlı mütəxəssis iş axtarmamalıdır, iş onu axtarmalıdır.