Bağçalara müəllim seçimi müsabiqə əsasında aparılacaq

Elm və təhsil
  • 04 fevral, 2022
  • 11:23
Bağçalara müəllim seçimi müsabiqə əsasında aparılacaq

"Bağçalara müəllim seçimi müsabiqə əsasında aparılacaq".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O bildirib ki, bağçalara müəllim qəbulu dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinə uyğunlaşdırılacaq.