AzTU-ya yeni sözçü təyin olunub

AzTU-ya yeni sözçü təyin olunub Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.
Elm və təhsil
102
3 Sentyabr , 2019 12:39
AzTU-ya yeni sözçü təyin olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.

"Report" xəbər verir ki, bu vəzifəyə “Ekspress” qəzetinin keçmiş baş redaktoru, tanınmış jurnalist Qəzənfər Bayramov təyinat alıb. 

Bununla bağlı AzTU-nun rektoru Vilayət Vəliyev müvafiq əmr imzalayıb.

Faktı "Report"a təsdiqləyən Q.Bayramov bu gündən işə başladığını deyib.

Qeyd edək ki, Q. Bayramov 1999-2019-cu illərdə “Ekspress” qəzetinin baş redaktoru olub. 

Qeyd edək ki, AzTU-nun bundan əvvəlki mətbuat katibi Nicat Abdullayev olub. 

Son xəbərlər

Orphus sistemi