AzTU tələbələrinin ali məktəbə 300 min manat borcu var

AzTU tələbələrinin ali məktəbə 300 min manat borcu var Azərbaycan Texniki Universiteti tələbələrinin 63 faizi öz hesabına təhsil alır
Elm və təhsil
22 İyun , 2016 14:10
AzTU tələbələrinin ali məktəbə 300 min manat borcu var

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Texniki Universiteti (AzTU) tələbələrinin bu təhsil ocağına 300 min manat borcu var.

"Report"un xəbərinə görə, bu barədə universitetin rektoru, professor Havar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu ilin yanvar ayında ödənişini ödəyə bilməyən tələbələr imtahan sessiyasına buraxılsa da, hazırda tədris ilinin sonu olduğu üçün qaydalar bir qədər sərtləşdirilib: "Biz özümüz-özümüzü maliyyələşdiririk. AzTU-da tələbələrin 37 faizi dövlət sifarişi ilə təhsil alır. Qalan 63 faiz tələbə öz hesabına oxuyur. Onlar təhsil haqqını ödəmədikdə müəllimlərin əmək haqqının verilməsində problemlər yaranır".

Qeyd edək ki, AzTU-da 9 600 tələbə təhsil alır. 

Son xəbərlər

Orphus sistemi