AzTU-da yeni kafedra və şöbələr yaradılıb

AzTU-da yeni kafedra və şöbələr yaradılıb Noyabrın 27-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.
Elm və təhsil
27 Noyabr , 2020 17:12
AzTU-da yeni kafedra və şöbələr yaradılıb

Noyabrın 27-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

Universitetdən "Report"a bildirilib ki, Xüsusi texnika və texnologiya fakültəsinin strukturunda dəyişiklik etməyi qərara alınıb.

Bu məqsədlə Xüsusi texnika və texnologiya fakültəsinin tərkibində “Xüsusi təyinatlı materiallar və vasitələr” və “Radioelektron və aerokosmik vasitələr” kafedralarının yaradılması ilə bağlı qərar qəbul edilib.

Bundan başqa, yeni təsdiq edilmiş ixtisas siyahısında “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisası nəzərdə tutulmadığı və həmin ixtisas üzrə artıq kadr hazırlığı aparılmadığı üçün Metrologiya və standartlaşdırma kafedrası ləğv edilib.

İclasda həmçinin qeyd olunub ki, AzTU-da patent və sertifikasiya işinin formalaşdırılması da vacib məsələlərdən biridir. Bu məqsədlə Tədqiqat və inkişaf şöbəsinin nəzdində “Metrologiya, standartlaşdırma, patent və sertifikasiya” xidməti yaradılıb.

Universitet-sənayə işbirliyinin gücləndirilməsi, biznes strukturları ilə əməkdaşlığın səmərəli və effektiv həyata keçirilməsi, elmi-tədqiqatlarda innovasiya istiqamətlərinin artırılması, məzunlarla əlaqələrin qurulması, onların işlə təmin olunması məqsədilə AzTU-da “İnnovasiya və Məşğulluq Mərkəzi”nin yaradılması qərara alınıb.

AzTU-da maliyyə və təminat məsələləri ilə bağlı struktur dəyişikləri edilərək “İqtisadiyyat və təminat” və “İnfrastruktur və təsərrüfat” şöbələri yaradılıb.

İclasda Abşeron Logistika Mərkəzinin nəzdində yaradılan AzTU-nun Logistika Tədqiqat, Tədris və Məsləhət Mərkəzinin əsasnaməsi də təsdiq olunub.

Son xəbərlər

Orphus sistemi