AzTU-da kadr dəyişikliyi aparılıb

AzTU-da kadr dəyişikliyi aparılıb Azərbaycan Texniki Universitetində (AzTU) kadr dəyişikliyi aparılıb.
Elm və təhsil
24 Sentyabr , 2021 17:20
AzTU-da kadr dəyişikliyi aparılıb

Azərbaycan Texniki Universitetində (AzTU) kadr dəyişikliyi aparılıb.

Universitetdən "Report"a verilən məlumata görə, AzTU-nun Karyera mərkəzinin müdiri Aytac Rzayeva vəzifəsindən azad edilib.

Onun yerinə Keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri Təhminə Yaqubova təyin olunub.

Digər dəyişikliyə əsasən, Tədris hissəsinin müdiri Qəmər İsayeva Keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Maşınqayırma və robototexnika fakültəsinin dekanı Ərəstun Məmmədov isə Tədris hissəsinin müdiri vəzifəsinə təyin olunub.

Maşınqayırma və robototexnika fakültəsinin dekanı vəzifəsi müvəqqəti olaraq dekan müavini Elgün Şəbiyevə həvalə olunub.

Son xəbərlər

Orphus sistemi