Azərbaycanlı tələbələrdən ibarət komanda Moskvada uğurla çıxış edib

Azərbaycanlı tələbələrdən ibarət komanda Moskvada uğurla çıxış edib "Atropat" komandasında birləşən MDU-nun azərbaycanlı tələbələri "MDN Kuboku" intellektual oyununda ikinci yeri tutublar
Elm və təhsil
26 Sentyabr , 2017 17:46
Azərbaycanlı tələbələrdən ibarət komanda Moskvada uğurla çıxış edib
Report

Moskva. 26 sentyabr. REPORT.AZ/ "Atropat" komandasında birləşən M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) azərbaycanlı tələbələri "MDN Kuboku" intellektual oyununda ikinci yeri tutublar.

"Report"un Rusiya bürosunun məlumatına görə, 13 komandanın iştirak etdiyi "Nə? Harada? Nə zaman?" formatlı müsabiqənin təşkilatçısı qismində Moskva Millətlər Evi (MDN) çıxış edib.

Çox isti və canlı ab-havada keçən müsabiqəni xeyli sayda tamaşaçı izləyib. Oyun boyu komandaların cavablarını "Nə? Harada? Nə zaman?" elitar klubunun üzvlərindən ibarət münsiflər heyəti qiymətləndirib. Yekunda "Atropat" yalnız Moskva Dövlət Pedaqoji Universitetinin komandasından geri qalaraq ikinci olub.

Oyundan sonra müsabiqənin qalibləri kubok və diplomlarla mükafatlandırılıblar.

Son xəbərlər

Orphus sistemi