Azərbaycanın XVIII-XIX əsrlərə aid silahları nümayiş etdiriləcək

Azərbaycanın XVIII-XIX əsrlərə aid silahları nümayiş etdiriləcək AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində XVIII-XIX əsrlərə aid silahlar nümayiş etdiriləcək.
Elm və təhsil
5 May , 2022 16:20
Azərbaycanın XVIII-XIX əsrlərə aid silahları nümayiş etdiriləcək

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində XVIII-XIX əsrlərə aid silahlar nümayiş etdiriləcək.

Muzeydən "Report"a verilən məlumata görə, Azərbaycan silahlarının dekorativ tərtibatına həsr olunmuş sərginin hazırlıq işləri davam edir.

XVIII – XIX əsrlərə aid silahlar (250-dən artıq eksponat) iki zalda, əsasən 40-a yaxın vitrində təqdim ediləcək. Həmin sərgidə nümayiş olunacaq eksponatlar - soyuq silahlar, müdafiə geyimləri, odlu silahlar muzeyin Silahlar və bayraqlar, Xüsusi fondlarında mühafizə olunur.

Sərgi tezliklə tamaşaçıların ixtiyarına veriləcək.

Son xəbərlər

Orphus sistemi