​Azərbaycanın təhsil naziri müəllimlərin maaşının az olmasının səbəbini açıqlayıb

​Azərbaycanın təhsil naziri müəllimlərin maaşının az olmasının səbəbini açıqlayıb "Dərs həftələrinin sayını və müəllimlərin dərs yükünü artırmaqla müəllim əmək haqqısında artıma nail olmaq olar"
Elm və təhsil
387
17 Yanvar , 2015 14:12
​Azərbaycanın təhsil naziri müəllimlərin maaşının az olmasının səbəbini açıqlayıb

Bakı. 17 yanvar. REPORT.AZ/ “Azərbaycanda dərs həftələrinin sayını və müəllimlərin dərs yükünü artırmaqla müəllim əmək haqqısında artıma nail olmaq olar”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov keçirdiyi mətbuat konfransında bəyan edib. O bildirib ki, Azərbaycan müəllimlərinin 64%-i il ərzində 408 saatdan az dərs deyir: “Həftəlik dərs yükü 17 akademik saatdan azdır. Azərbaycanda müəllimlərin gəlirlərinin aşağı olmasının səbəbi yalnız 1 saat əməyə görə ödənilən məbləğin aşağı olması deyil, həmçinin müəllimlərin iş saatının az olmasıdır”.