Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycanın təhsil naziri Emin Əmrullayev iki ölkə arasında təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
“Report”un yerli bürosunun xəbərinə görə, qeyd edilib ki, Gürcüstan və Azərbaycanın təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında sazişin imzlanması iki ölkənin elmi, ali və peşə-texniki təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, gürcü və Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinin keyfiyyətinin artırılmasına töhfə verəcək.
Vurğulanıb ki, Gürcüstan tərəfi Azərbaycandakı gürcüdilli, Gürcütandakı azərbaycandilli ümumtəhsil məktəblərinin müəllimlərinin ixtisas artımı itiqamətində işlərini davam etdirəcək.
Bildirilib ki, Gürcüstan hökuməti keyfiyyətli təhsilin əlçatanlığının genişləndirilməsi, Azərbaycan dilində təhsil alanların dövlət dilinə yiyələnməsi istiqamətində səylərinin artırılmasına sadiqdir.
Görüşdə Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli və Azərbaycan səfiri Faiq Quliyev də iştirak edib.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkədə rəsmi səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşüb.
“Report”un yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin Mətbuat Xidmətindən bildirilib.