Azərbaycanın təhsil naziri Londona gedib

Azərbaycanın təhsil naziri Londona gedib Azərbaycanın təhsil naziri Emin Əmrullayevin başçılıq etdiyi nümayəndə heyəti Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir.
Elm və təhsil
23 May , 2022 11:50
Azərbaycanın təhsil naziri Londona gedib

Azərbaycanın təhsil naziri Emin Əmrullayevin başçılıq etdiyi nümayəndə heyəti Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir.

"Report" xəbər verir ki, bu il tədbirin əsas şüarı "Ölkələrimizin və icmalarımızın gələcəyini birlikdə daha güclü, daha təhsilli və daha təkmil şəkildə quraq"dır.

Forumun formal və qeyri-formal iclaslarında 2022-ci ildə dünya təhsilinin qarşısında duran əsas çətinliklər və çağırışlar, onların həlli yolları müzakirə ediləcək. Dövlətlərin təhsil nazirliklərinin və qurumlarının bu çağırışlara baxışı, yanaşması onları idarə edilməsi ilə bağlı təcrübələri nəzərdən keçiriləcək.

Tədbirdə həmçinin, təhsilin inkişafı vasitəsilə sülhün, tərəfdaşlığın və rifahın əldə edilməsi və uğurlu iqtisadiyyatların qurulması yollarına baxılacaq. Sessiyalarda təhsilə hamı üçün bərabər çıxış, iqtisadi artım, süni intellektin istifadəsi, texnologiya və data əsaslı qərarvermənin cəmiyyətlər üçün əhəmiyyəti müzakirə ediləcək. Dövlət-özəl tərəfdaşlığı, fərdi və kollektiv cavab mexanizmləri, qlobal problemlərə yerli həll yollarının tapılması da ümumi təhsil müzakirələrinin gündəliyində əks olunacaq.

Səfər çərçivəsində təhsil naziri Azərbaycanın Böyük Britaniyadakı Səfirliyində Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb. Görüşdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən fəaliyyətlər haqqında məlumat verilib və təhsilin müxtəlif istiqamətlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, təhsil naziri görüşdə iştirak edən vətəndaşlarımızın təhsil fəaliyyəti, doktorantların tədqiqat işləri, onların təhsil aldıqları universitetlərdə əldə etdikləri təcrübələr və yiyələndikləri biliklər haqqında ətraflı məlumat alıb.

Son xəbərlər

Orphus sistemi