Azərbaycanın Əməkdar müəllimi vəfat edib

Azərbaycanın Əməkdar müəllimi vəfat edib Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru, elmi tədqiqat laboratoriyasının müdiri, Əməkdar müəllim Əliheydər Ağakişiyev vəfat edib.
Elm və təhsil
11 Noyabr , 2023 10:38
Azərbaycanın Əməkdar müəllimi vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru, "Azərbaycan dilinin tətbiqi məsələləri" Elmi-Tədqiqat Laboratoriyasının müdiri, Əməkdar müəllim Əliheydər Ağakişiyev vəfat edib.

“Report” xəbər verir ki, o, 66 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Ağakişiyev 1957-ci il iyunun 29-da Bakıda anadan olub. 1964-1974-cü illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə təhsil alıb. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb. 1990-cı ildən də həmin ali təhsil müəssisəsində çalışıb.

O, BDU-nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllim adına layiq görülüb.

Əliheydər Ağakişiyev elmi-pedaqoji fəaliyyəti dövründə 10 məqalə, 3 tərcümə və 1 kitab müəllifi olub.

Son xəbərlər

Orphus sistemi