Azərbaycandakı universitetlərdən birində imtahan sessiyası internet üzərindən canlı yayımlanır

Azərbaycandakı universitetlərdən birində imtahan sessiyası internet üzərindən canlı yayımlanır Görüntülər hər bir internet istifadəçisi üçün açıqdır
Elm və təhsil
29 Dekabr , 2014 17:49
Azərbaycandakı universitetlərdən birində imtahan sessiyası internet üzərindən canlı yayımlanır

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) qış imtahan sessiyası internet üzərindən canlı yayımlanır. "Report" Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, vebkameralar vasitəsilə imtahan prosesini canlı izləmək mümkündür. “Livestream” saytı üzərindən yayımlanan görüntülər hər bir internet istifadəçisi üçün açıqdır.

Təhsil naziri Mikayıl Cabbarovun imtahan sessiyasının təşkili və keçirilməsi barədə müvafiq əmrinə uyğun olaraq, ADİU-da keçirilən imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakı da təmin olunub. Onlar imtahan prosesində müşahidəçi qismində iştirak edirlər.

İmtahan sessiyasında tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə əsas tədris binasında “Qərargah” yaradılıb. İmtahanlarla bağlı sual, təklif və iradların operativ araşdırılması üçün universitetin qaynar xəttinə (146-1-3) müraciət etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi