Bakı. 9 yanvar. REPORT.AZ/ "Qarlı hava şəraiti ilə bağlı orta təhsil müəssisələrində davamiyyətin aşağı olduğu siniflər əsasən ibtidai siniflərdir". Bunu "Report"a Azərbaycan Təhsil Nazirliyinin KİV və QHT-lərlə iş sektorunun müdiri Cəsarət Valehov deyib.
Nazirlik sözçüsü deyib ki, buna baxmayaraq məktəblərdə dərslər var: "Eyni zamanda, paytaxtda heç bir məktəb fəaliyyətini dayandırmayıb. Bölgələrdəki məktəblərə gəlincə, hazırda həmin ərazilərdəki vəziyyətin necə olması araşdırılır və yaxın saatlarda ictimaiyyətə ətraflı məlumat veriləcək".