Azərbaycanda təqaüd alan tələbələrin sayı açıqlanıb

Azərbaycanda təqaüd alan tələbələrin sayı açıqlanıb Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 44,6 faizi təqaüd alır.
Elm və təhsil
363
21 Yanvar , 2020 19:17
Azərbaycanda təqaüd alan tələbələrin sayı açıqlanıb

Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 44,6 faizi təqaüd alır.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ali təhsil müəssisələrində magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə 145 manat, 71-100 bal olan tələbələrə 120 manat, 51-100 bal olan tələbələrə 80 manat, bakalavr səviyyəsi üzrə isə müvafiq olaraq 130, 110 və 75 manat təqaüd müəyyən edilir.

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı, 84 xarici ölkədən 5,5 min tələbə də təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq və Türkmənistan Respublikasının vətəndaşları üstünlük təşkil edirlər.

2019/2020-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 807 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 44,6 faizi Bakı, 55,4 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Rusiya, Macarıstan, Çin, Birləşmiş Krallıq və Kanadanın ali təhsil müəssisələrində təhsil alır.

Son xəbərlər

Orphus sistemi