Azərbaycan məktəblərində “Son zəng” çalınıb - YENİLƏNİB

Azərbaycan məktəblərində “Son zəng” çalınıb - YENİLƏNİB Azərbaycanda, o cümlədən paytaxt Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” tədbiri keçirilir.
Elm və təhsil
14 İyun , 2023 11:25
Azərbaycan məktəblərində “Son zəng” çalınıb - YENİLƏNİB

Azərbaycanda, o cümlədən paytaxt Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.

"Son zəng" tədbirlərində məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirib.

"Report"un əməkdaşlarının iştirak etdiyi 18 nömrəli tam orta məktəbdə bu gün 157 nəfər məzun olub.

Qeyd edək ki, bəzi məktəblərdə “Son zəng” tədbirləri davam edir.

10:21

Azərbaycanda, o cümlədən paytaxt Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” tədbirləri keçirilir.

"Son zəng" tədbirlərində məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqramlar nümayiş etdirilir.

"Report"un əməkdaşlarının iştirak etdiyi 18 nömrəli tam orta məktəbdə bu gün 157 nəfər məzun olur.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində təxminən 100 min nəfər məzun olur.

Son xəbərlər

Orphus sistemi