Nazirlik: Azərbaycanda peşə standartlarının qanunvericilik bazası hazırlanıb

Nazirlik: Azərbaycanda peşə standartlarının qanunvericilik bazası hazırlanıb Bakı. 23 yanvar. REPORT.AZ/ Hazırda Avropa İttifaqı ilə birlikdə peşə standartlarının qanunvericilik bazasının hazırlanması istiqamətində işlər yekunlaşıb.
Elm və təhsil
23 Yanvar , 2019 14:27
Nazirlik: Azərbaycanda peşə standartlarının qanunvericilik bazası hazırlanıb
Report

Bakı. 23 yanvar. REPORT.AZ/ "Hazırda Avropa İttifaqı ilə birlikdə peşə standartlarının qanunvericilik bazasının hazırlanması istiqamətində işlər yekunlaşıb".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Həvva Haqverdili deyib.

Onun sözlərinə görə, peşə standartlarının hazırlanması, tədbiqi və qeydiyyatı qaydaları, eləcə də bacarıqların inkişaf etdirilməsi üçün sahə komissiya haqqında Nazirlər Kabinetinin qərar layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb.

H.Haqverdili deyib ki, layihə bəzi düzəlişlərlə yenidən hökumətə təqdim olunub: "Layihə çərçivəsində yaxın üç ildə 1000-ə yaxın yeni peşə standartlarının hazırlanması nəzərdə tutulur". 

Son xəbərlər

Orphus sistemi