Azərbaycanda palçıq vulkanlarının yer səthinə çıxartdığı neftin tərkibi öyrənilir

Azərbaycanda palçıq vulkanlarının yer səthinə çıxartdığı neftin tərkibi öyrənilir "Bu ilin ilk altı ayı ərzində Azərbaycanda palçıq vulkanı püskürməyib"
Elm və təhsil
13 Avqust , 2015 20:57
Azərbaycanda palçıq vulkanlarının yer səthinə çıxartdığı neftin tərkibi öyrənilir

Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycanda palçıq vulkanlarının yer səthinə çıxartdığı neftin tərkibi öyrənilir. Bu barədə "Report"a AMEA Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyev məlumat verib.

O bildirib ki, palçıq vulkanları müxtəlif istiqamətlərdə öyrənilir: "Hazırda bizim şöbə palçıq vulkanlarının xaric etdiyi, yer səthinə çıxartdığı neftləri öyrənmək üçün ekspedisiya təşkil edib. Növbəti aylarda ekspedisiya üzvlərinin gətirəcəyi nümunələrin geokimyəvi analizi aparılacaq və nəticələr açıqlanacaq".

Şöbə müdirinin sözlərinə görə, bu ilin ilk altı ayı ərzində Azərbaycanda palçıq vulkanı püskürməyib: "Palçıq vulkanlarının püskürməsi seysmikliklə əlaqədardır. Azərbaycanda seysmik aktivlik yüksək olanda palçıq vulkanlarının aktivləşməsinə də təsiri olur. 2014-cü ildə 3-4 vulkan püskürməsi hadisəsi olub. Püskürmə hadisələri ilə bağlı son məlumatlar üçün hazırkı ekspedisiyanın cavabını gözləyirik".

Professor qeyd edib ki, vulkan püskürməsi ən çox Qobustanda olur.