Azərbaycanda olimpiada qaliblərinin ali məktəbə qəbul zamanı daha çox hansı ixtisası seçdikləri məlum olub

Azərbaycanda olimpiada qaliblərinin ali məktəbə qəbul zamanı daha çox hansı ixtisası seçdikləri məlum olub
Elm və təhsil
15 May , 2018 16:33
Azərbaycanda olimpiada qaliblərinin ali məktəbə qəbul zamanı daha çox hansı ixtisası seçdikləri məlum olub
Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev / Report
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ "Azərbaycanda olimpiada qalibləri daha çox tibb ixtisasını seçirlər".

"Report"un məlumatına görə, bunu Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev respublika fənn olimpiadalarının nəticələrinin analitik təhlili ilə bağlı təqdimatda deyib.

Onun sözlərinə görə, bu il keçirilən qəbul imtahanlarında iştirak edən respublika fənn olimpiada qaliblərindən biri 700 bal toplayıb. E.Əmrullayev əlavə edib ki, Azərbaycanda olimpiada qaliblərinin qəbul imtahanlarında topladıqları orta bal 657-dir.

E.Əmrullayev deyib ki, builki respublika fənn olimpiadasının nəticələrinə görə, 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla, ümumilikdə, 276 nəfər qalib elan olunub. O qeyd edib ki, builki olimpiadada region şagirdləri çox aktiv iştirak ediblər.