Nazir: "Elə müəllim qrupu var ki, ixtisasartırmaya cəlb olunsalar da, nəticəsi dəyişməyəcək"

Nazir: "Elə müəllim qrupu var ki, ixtisasartırmaya cəlb olunsalar da, nəticəsi dəyişməyəcək" Azərbaycanda 150 mindən artıq pedaqoji heyətdə təmsil olunan şəxs var ki, onun da təxmini 125 mini müəllimdir. Həmin müəllimlərin də hamısını sertifikasiyadan keçirməyə texniki imkanlarımız var. “Report” xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əm
Elm və təhsil
15 Dekabr , 2022 12:49
Nazir: Elə müəllim qrupu var ki, ixtisasartırmaya cəlb olunsalar da, nəticəsi dəyişməyəcək

"Elə müəllim qrupu var ki, onlar ixtisasartırmaya cəlb olunsa da, nəticəsi dəyişməyəcək".

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib.

Onun sözlərinə görə, imtahandan keçə bilməyən 24 % müəllimin, təqribən, 5-10 faizi ən asan suallara yenə də cavab verə bilməyəcəklər.

Azərbaycanda pedaqoji heyətdə 150 mindən artıq şəxsin təmsil olunduğunu xatırladan nazir söyləyib ki, bunun da, təxminən, 125 mini müəllimdir: "Həmin müəllimlərin də hamısını sertifikasiyadan keçirməyə texniki imkanlarımız var. Əgər bu gün 5000-ə yaxın müəllim imtahana cəlb oluna bilirsə, bu rəqəmin 8000-9000-ə çatdırılması nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi