Azərbaycanda müəllimlərin 23,5 faizi 300 AZN-ə qədər maaş alır

Azərbaycanda müəllimlərin 23,5 faizi 300 AZN-ə qədər maaş alır 3,5 faizi isə 900 manat və yuxarı əmək haqqı alır
Elm və təhsil
21 İyun , 2018 11:51
Azərbaycanda müəllimlərin 23,5 faizi 300 AZN-ə qədər maaş alır
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanda müəllimlərin əmək haqqısı açıqlanıb.

"Report"un xəbərinə görə, Təhsil Nazirliyinin illik hesabatının açıqlanması ilə bağlı tədbirdə Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev bildirib ki, 2014-2017-ci illər ərzində 134 min 136 müəllim diaqnostik qiymətləndirilmədən keçib.

Onun sözlərinə görə, Azərbaycanda olan müəllimlərin 23,5 faizi 300 AZN-ə qədər əmək haqqı alır: "Müəllimlərin 35,9 faizi 300-500 manat arası, 27,1 faizi 500-700 manat arası, 10 faizi 700-900 manat arası, 3,5 faizi isə 900 manat və yuxarı əmək haqqı alır".

Son xəbərlər

Orphus sistemi