Azərbaycanda məktəbəqədər təhsil sahəsində yeni dövlət standartları hazırlanıb

Azərbaycanda məktəbəqədər təhsil sahəsində yeni dövlət standartları hazırlanıb Layihə Nazirlər Kabinetinə təqdim olunub
Elm və təhsil
686
15 Avqust , 2017 13:01
Azərbaycanda məktəbəqədər təhsil sahəsində yeni dövlət standartları hazırlanıb
Report

Bakı. 15 avqust. REPORT.AZ/ "Məktəbəhazırlıq qruplarının tədris proqramlarında dəyişikliklər edilib və çap olunaraq yerlərə göndərilib".

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu il "Məktəbəqədər təhsil haqqında" qanun qəbul edildi: "Strategiya sənədlərinə əsasən, bütün təhsil sahələrinin məzmununun təkmilləşdirilməsi, yeni tələblərə uyğun məzmunun müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülüb və bu işlər davam etdirilir".

A.Əhmədov qeyd edib ki, məktəbəqədər təhsilin, o cümlədən məktəbəhazırlıq kurikulumunun, dövlət standartlarının hazırlanması bu istiqamətdə atılan addımlardan biridir: "Artıq məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunub. Növbəti illərdə yeni təkmilləşmə əsasında hazırlanacaq kurikulumlar vasitəsilə həm məktəbəqədər, həm də məktəbəhazırlıq təhsili yeniləşdirilərək müasir dövrün tələblərinə uyğunlaşdırılacaq. Hazırda ölkə təhsilinin məzmununda yeni yanaşmalar var. Uşaqlarda daha çox düşüncə tərzinin, təfəkkürün inkişaf etdirilməsi əsas götürülür. Artıq təhsildə hafizədən, yaddaşdan təfəkkür və düşüncənin inkişafına keçilir".

Son xəbərlər

Orphus sistemi