Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar buraxılış imtahanlarının vaxtları dəyişdiriləcək

Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar buraxılış imtahanlarının vaxtları dəyişdiriləcək "Hazırda Təhsil Nazirliyi ilə birgə imtahan gününün tarixini dəqiqləşdiririk"
Elm və təhsil
25 Noyabr , 2014 12:10
Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar buraxılış imtahanlarının vaxtları dəyişdiriləcək

Bakı. 25 noyabr. REPORT.AZ/ Gələn il Azərbaycanda keçiriləcək I Avropa oyunları ilə əlaqədar orta məktəblərdə buraxılış imtahanlarının vaxtları dəyişdiriləcək. "Report"un xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, Avropa Oyunları ilə bağlı Nazirlər Kabinetinin qərarı olub. Onun sözlərinə görə, bu vaxta kimi buraxılış və qəbul imtahanlarının vaxtı ilə bağlı cədvəl yanvarın sonunda ictimaiyyətə təqdim olunurdu: “Gələn il isə Olimpiya Oyunlarının keçirilməsini nəzərə alaraq, buraxılış imtahanlarının vaxtından əvvəl, yəni Olimpiadadan əvvəl keçirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı təkliflər Təhsil Nazirliyinə göndərilib. Məktəblərdə mayın 30-da “Son zəng”dir. Həmin günün səhəri isə şagirdlərin buraxılış imtahanlarında iştirak etməsi mümkün deyil. Ona görə də hazırda Təhsil Nazirliyi ilə birgə imtahan gününün tarixini dəqiqləşdiririk. Məsələni onlarla müzakirə edəndən sonra dəqiq cədvəl təqdim ediləcək. Buraxılış imtahanın vaxtının dəyişilməsi yalnız Bakıda keçirilən imtahanlara deyil, bütövlükdə ölkə üzrə keçirilən buraxılış imtahanlarına aiddir”.

Son xəbərlər

Orphus sistemi