Azərbaycanda ibtidai sinif şagirdləri üçün talış, saxur, xınalıq və haput dili dərslikləri çap olunacaq

Azərbaycanda ibtidai sinif şagirdləri üçün talış, saxur, xınalıq və haput dili dərslikləri çap olunacaq Hazırda I-IV siniflər üçün "Talış dili", "Saxur dili, "Xınalıq dili" və I sinif üçün "Haput dili" dərslik komplektlərinin çapı üzrə işlər aparılır.
Elm və təhsil
17 Mart , 2023 11:10
Azərbaycanda ibtidai sinif şagirdləri üçün talış, saxur, xınalıq və haput dili dərslikləri çap olunacaq

Hazırda I-IV siniflər üçün "Talış dili", "Saxur dili, "Xınalıq dili" və I sinif üçün "Haput dili" dərslik komplektlərinin çapı üzrə işlər aparılır.

"Report"un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, 2022-2023-cü tədris ilinə I-XI siniflər üçün 21,7 min nüsxə Azərbaycan dili və Ədəbiyyat dərslikləri Gürcüstanın tədris Azərbaycan dilində olan ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə çatdırılıb. Eyni zamanda ölkəmizdə tədris gürcü dilində olan məktəblərin tələbatına əsasən Gürcüstan Elm və Təhsil Nazirliyindən daxil olmuş 1,5 min nüsxə dərslik tədris gürcü dilində olan məktəblərin şagirdlərinin istifadəsinə verilib.

Ümumtəhsil müəssisələrinin I-IV sinifləri üçün "Azsaylı xalqların dili" fənni üzrə dərslik komplektləri hazırlanıb.

Məzmun islahatları çərçivəsində 6 fənn üzrə ("Riyaziyyat" I-XI, "Hayat bilgisi I-IV, "Təbiət" V-VI, "Fizika" VII-XI, "Kimya" VII-XI, "Biologiya" VII-XII) kurikulumlar təkmilləşdirilib və ya yeni hazırlanıb. Eyni zamanda 4 fənn üzrə ("Azərbaycan dili" I-XI, "Ədəbiyyat" V-XI, "Ingilis dili" I-XI, "Coğrafiya" VI-XI) kurikulumlarm təkmilləşdirilməsinə başlanmışdır. Təmayüllü 10-cu va 11-ci siniflər üçün profil fənn kurikulumları hazırlanıb, təsdiq edilib və 2022/2023-cü tədris ilində tətbiqinə başlanıb.

Son xəbərlər

Orphus sistemi