Azərbaycanda doktorantlara akademik məzuniyyət verilməsi təklif olunur

Azərbaycanda doktorantlara akademik məzuniyyət verilməsi təklif olunur “Doktorantlara akademik məzuniyyət verilmir. Gələcəkdə bunla bağlı məsələnin nəzərə alınmasını təklif edirəm”.
Elm və təhsil
19 Oktyabr , 2022 11:02
Azərbaycanda doktorantlara akademik məzuniyyət verilməsi təklif olunur

“Doktorantlara akademik məzuniyyət verilmir. Gələcəkdə bunla bağlı məsələnin nəzərə alınmasını təklif edirəm”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O, həmçinin bakalavrların Baloniya sistemində oxumasına rəğmən bəzən universitetdən xaric olunduqlarını söyləyib. Deputat bunu doğru saymır: “Bakalavr 4 ilə yox 8 ilə universiteti bitirmək istəyində ola bilər. Ödənişini edib təhsilini də bitirəcək.

Başqa məsələ isə tələbələrin köçürülməsi ilə bağlıdır. Müşahidələrim onu deməyə əsas verir ki, köçürülmələrin təminən 90 %-i yüksək ixtisaslar üzrə olur. Bu zamana kimi eşitməmişəm ki, kimsə balı aşağı yerə köçürmə üçün müraciət etsin. Axı necə olur ki, tələbə qəbul imtahanlarında yüksək ixtisas üçün bal yığa bilməyib, amma indi həmin yüksək ixtisasda oxumaq istəyir?!”

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev isə K.Əliyevanın çıxışına cavab olaraq vurğulayıb ki, Baloniya prosesində də tələbənin ali məktəbdən xaric olunması mümkündür və bu məsələ aidiyyəti sənədlərdə qeyd olunub: “Hazırda qüvvədə olan qaydalarda da bu hal öz əksini tapıb. Bu prosedur bütün dünyada eynidir. Yəni bu məsələdə heç bir problem yoxdur. Sadəcə gələcəkdə tələbələrə kreditlərlə bağlı nə qədər zaman verilməsi məsələsinə baxıla bilər”.

Son xəbərlər

Orphus sistemi