​Azərbaycanda dərsə gəlməyən şagirdlərin valideynləri 100 manat cərimə olunacaq

​Azərbaycanda dərsə gəlməyən şagirdlərin valideynləri 100 manat cərimə olunacaq İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək
Elm və təhsil
2 Dekabr , 2015 13:25
​Azərbaycanda dərsə gəlməyən şagirdlərin valideynləri 100 manat cərimə olunacaq

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanda bir ay müddətində 7 gündən çox dərs buraxan şagirdin valideyni 100 manat cərimə olunacaq. “Report” xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək.

Dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq ediləcək.

Dəyişiklik bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında müzakirə olunaraq Milli Məclisin dekabrın 4-də keçiriləcək plenar iclasına tövsiyə edilib. 

Son xəbərlər

Orphus sistemi