"Hazırda daha böyük bir problem bullinq və hiperbullinqdir. Bu məsələ bizi də ciddi narahat edir. Bununla bağlı geniş tədbirlər planı hazırlanmalı və məktəblərdə, digər ictimai yerlərdə mübarizə gücləndirilməlidir".
"Report" xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, UNICEF və Vəkillər Kolleqiyası arasında uşaq hüquqlarının müdafiəsi sahəsində 2020-ci ildə imzalanan əməkdaşlıq memerondum çərçivəsində tədbirlər həyata keçirilib: Cəzaçəkmə müəssisələrində qadınlarla yaşayan 3 yaşadək və 3 yaşdan sonra analarından alınaraq uşaq evinə verilən uşaqlarla görüş keçirilib və onlara pulsuz hüquqi yardım göstərilib".
A.Bağırov məişət zorakılığına məruz qalan uşaqların sayının da az olmadığını bildirib.