Azərbaycanda bir qrup alimə ərzaq yardımı edilib

Azərbaycanda bir qrup alimə ərzaq yardımı edilib AMEA-nın Azad Həmkarlar İttifaqı və Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sözügedən müəssisənin 100-ə yaxın əməkdaşına, o cümlədən Qarabağ müharib
Elm və təhsil
27 Dekabr , 2021 17:45
Azərbaycanda bir qrup alimə ərzaq yardımı edilib

AMEA-nın Azad Həmkarlar İttifaqı və Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sözügedən müəssisənin 100-ə yaxın əməkdaşına, o cümlədən Qarabağ müharibəsi veteranları və şəhid ailələrinə müxtəlif çeşiddə ərzaq yardımı edilib.

AMEA-dan "Report"a bildirilib ki, aksiyanın keçirilməsində məqsəd sosial vəziyyəti aşağı olan şəxslərə maddi və mənəvi dəstəyin göstərilməsi olub.

Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri əməkdaşlara ərzaq sovqatı paylamaqla yanaşı, onlarla maarifləndirici söhbətlər aparıb, əməkdaşları hər zaman vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıblar.

Aksiyada çıxış edən Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova əməkdaşları Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

O, institutda bu il artıq 4-cü dəfədir həyata keçirilən bu təşəbbüsün maddi dəstəyə ehtiyacı olan əməkdaşlar, o cümlədən Qarabağ müharibəsi veteranları, şəhid ailələri və məcburi köçkünlər kateqoriyasından olan insanlar üçün nəzərdə tutulduğunu vurğulayıb.

S.Bağırova yardım aksiyasının həyata keçirilməsində göstərdiyi dəstəyə görə AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanova öz təşəkkürün bildirib.

Yardım göstərilən ailələr diqqət və qayğıya görə AMEA-nın Azad Həmkarlar İttifaqına və Həmkarlar İttifaqı Komitəsinə minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi