Azərbaycan və Britaniya arasında təhsil fəaliyyət planı imzalanıb

Azərbaycan və Britaniya arasında təhsil fəaliyyət planı imzalanıb ​​​​​​​“Təhsil sahəsində Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlıq sürətlə inkişaf edir"
Elm və təhsil
21 May , 2021 16:24
Azərbaycan və Britaniya arasında təhsil fəaliyyət planı imzalanıb
0 : 00
0 : 00

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Britaniya Konsulluğu arasında təhsil fəaliyyət planı imzalanıb.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tvitter səhifəsində yazıb.

Sənədi Azərbaycan Təhsil Nazirliyi və Britaniya Konsulluğunun nümayəndələri imzalayıblar.

“Təhsil sahəsində Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlıq sürətlə inkişaf edir. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Britaniya Konsulluğu arasında təhsil fəaliyyət planının imzalanması Azərbaycanda keyfiyyətli təhsilin təmin olunmasına dəstək vermək üçün daha çox Böyük Britaniya təcrübəsini gətirəcək”, - səfir tvitində deyib.

Son xəbərlər

Orphus sistemi