Azərbaycan və Bolqarıstan elmlər akademiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan və Bolqarıstan elmlər akademiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanıb Azərbaycan və Bolqarıstan elmlər akademiyaları arasında ikitərəfli elmi əməkdaşlıq haqqında saziş imzalanıb.
Elm və təhsil
4 İyul , 2023 18:05
Azərbaycan və Bolqarıstan elmlər akademiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan və Bolqarıstan elmlər akademiyaları arasında ikitərəfli elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb.

“Report” BTA-ya istinadən xəbər verir ki, sənədi Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Yulian Revalski və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibəyli imzalayıblar.

İmzalanma mərasimi Bolqarıstan Elmlər Akademiyasında Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynovun iştirakı ilə baş tutub.

Müqavilə iki akademiya arasında elmi əməkdaşlığın gücləndirilməsinə və müxtəlif sahələrdə, o cümlədən süni intellekt, seysmologiya, iqlim dəyişikliyi, kosmik tədqiqatlar və texnologiya, mədəni-tarixi irs və s. sahələrdə əlaqələrin genişləndirilməsinə yönəlib.

Akademiyalar birgə elmi layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, alimlərin hazırlanması və mübadiləsinin təşviqi, həmçinin birgə elmi tədbirlərin təşkilində əməkdaşlıq edəcək.

Son xəbərlər

Orphus sistemi